Rusiya maliyyə naziri Anton Siluanov ABŞ dollarının beynəlxalq ticarətdə təhlükəli alətə çevrildiyini və bu üzdən Amerika məhsullarına yatırımları azaltdıqlarını bildirib. Qeyd edib ki, Rusiya dollar əvəzinə avro və yuandan istifadə edir.
Teleqraf.com xəbər verir ki, "Rossiya 1"ə müsahibə verən Siluanov ABŞ məhsullarına yatırımları azaldacaqlarını bəyan edib.
Rusiyadakı ABŞ şirkətlərinə sanksiya planlaşdırmadıqlarını bildirən nazir qeyd edib ki, həmin şirkətlərdə Rusiya vətəndaşları çalışırlar: "Neft ticarətində yerli valyutaya keçməyi planlaşdırırıq. ABŞ-ın sanksiyaları bumeranq effekti verəcək".
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Çin, Rusiya, İran və Ukrayna kimi ölkələrlə ticarəti milli valyuta ilə həyata keçirməyi planlaşdırdıqlarını bildirib.