20 Avqust 2018 16:28
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Suriya və İraqda anti-terror əməliyyatlarını davam etdirəcək.

Teleqraf.com xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabidə mətbuat konfransı keçirən ABŞ liderliyindəki İŞİD əleyhinə koalisiyasının sözçüsü Sen Rayan belə deyib.

Rayan ABŞ-ın əsas məqsədinin İŞİD terror təşkilatının tamamilə zərərsizləşdirmək olduğunu bildirib:

“ABŞ İraq və Suriyada təhlükəsizliyin təmin edilməsi üçün bu bölgədəki varlığını davam etdirir. Buna görə də, İraq və bölgədəki hərbi fəaliyyətlərimizə fasilə verilməyəcək.

İraqdakı ABŞ hərbi qüvvələri lazım olan müddətə qədər bu bölgədə qalacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər