22 Avqust 2018 07:55
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

NESCO-nun baş direktoru Odri Azule 23 avqust - Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirə və Bu Alverin Qadağan Edilməsi Günü münasibətilə ictimaiyyətə müraciət edib.

Teleqraf.com xəbər verir ki, müraciətdə müvafiq tarixin 1791-ci il avqustun 23-də üsyan etmiş San-Dominqo və Haiti qullarının xatirəsinə həsr olunduğu bildirilir. Diqqətə çatdırılır ki, həmin üsyan qul alveri sisteminin ləğv edilməsinin başlanğıcını qoyub. 1998-ci ildən etibarən hər il qeyd edilən bu tarix qul alverinin nəticələri, onun öyrənilməsi və yadda saxlanılması barədə düşünməyə imkan yaradır. 2001-ci ildə beynəlxalq birlik insan alverini və köləliyi bəşəriyyətə qarşı cinayət kimi qəbul edib. Lakin bu cür hallar yerini və formasını dəyişərək özünü zaman-zaman göstərir. Köləliyin və qul alverinin yeni formalarının yaranma mexanizmini başa düşmək və ona qarşı səmərəli mübarizə aparmaq üçün bu kimi halların tarixini bilmək vacibdir.

Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirə və Bu Alverin Qadağan Edilməsi Günündə UNESCO dövlət orqanlarını, vətəndaş cəmiyyətlərini, tarixçiləri, tədqiqatçıları və adi vətəndaşları bəşəriyyətin ümumi tarixinin müvafiq dövrü haqqında informasiya yaymağa və müasir dövrdə köləliyin istənilən formasına qarşı mübarizə aparmağa çağırır.

Odri Azulenin müraciətinin tam mətnini UNESCO-nun saytından oxumaq olar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər