27 Avqust 2018 19:13
1 902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda fəaliyyət göstərən Avropa fondları və QHT-ləri “Mavi Ermənistan” qurmaq üçün böyük pullar xərcləyirlər. Həmin qurumların əsas spekulyatoru – sərmayədarı Soros Fondu və ABŞ-ın Açıq Cəmiyyət İnstitutudur.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə erməni politoloq Aşot Sərkisyan çıxış edib.

Politoloq qeyd edib ki, Baş nazir Nikol Paşinyanın hakimiyyət gəlməsindən sonra onların aktivliyi artıb:
“Avqustun əvvəlində Sünik rayonunun Şurnux kəndində yerli sakinlərlə LGBT icmasının nümayəndələri arasında qarşıdurma baş verdi. Uzun müddətdir bölgədəki gərginlik səngimir. Qənaətimə görə, bu təsadüfi deyildi. LGBT nümayəndələri ora həmin fondların rəhbərlərinin əmrləri ilə getmişdilər.

Şurnux kəndində baş verən hadisədən dərhal sonra Ermənistan üçün qeyri-adi sayılacaq hadisə baş verdi. Qadın paltarı geyinmiş “mavilər” İrəvanda polis idarəsinə basqın etdilər. Məlum oldu ki, “mavilər” həbs edilmiş keçmiş sevgilisindən intiqam almaq istəyirlər. Buna ABŞ səfirliyi və bir sıra QHT-lər reaksiya vermədilər, çünki LGBT nümayəndələrinin polis bölməsində polisləri döyməsi onlar üçün normaldır. Amma polislər "maviləri” döysəydilər, bu onlar üçün anormal olacaqdı”.

Aşot Sərkisyan Qərbin siyasi institutlarının və ABŞ fondlarının Ermənistandakı “mavi hərəkat” üçün milyonlarla dollar vəsait ayırdıqlarını iddia edir:

“Biz hamımız bilirik ki, Britaniya səfirliyi hər il İrəvanda LGBT bayrağı qaldırır, lakin ölkə rəsmiləri bu hadisəyə şərh vermirlər. Artıq İrəvan polisi hər şeyin qaydasına düşdüyünü deyir. Digər yandan isə erməni Apostol kilsəsi, QHT-lər və Ermənistan hakimiyyətinə bağlı siyasi partiyalar cinsi azlıqların haqlarının müdafiəsi ilə bağlı bəyanat yayıblar.

Ermənistan erkən parlament seçkilərinə hazırlaşır, yəqin ki, “LGBT Haqları Uğrunda Partiya” qalib olacaq və “Mavi Ermənistan” qurulacaq. Bu ssenari həm xaricdən, həm də daxildən dəstəklənir”.


Müəllif: Mənsur Rəğbətoğlu