“Bu, yalnız Ukrayna üçün təhlükə deyil, həm də Avropa üçün təhlükə, NATO-ya qarşı müharibədir”.
Bunu Ukrayna parlamentinin spikeri Aleksandr Turçinov Litva prezidenti Dalya Qribauskayte ilə görüşündə Ukraynadakı vəziyyəti şərh edərkən deyib.
Aleksandr Turçinov Qərbi Kiyevə hərbi dəstək verməyə çağırıb: “Bizim müasir silahlara, təyyarələrə və havadan müdafiə sistemlərinə ehtiyacımız var”.