1 Sentyabr 2018 16:29
1 686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Şərqi Azərbaycan əyalətində yerləşən Araz Azad Ticarət Zonasına böyük həcmdə yatırımlar qoyur.

Teleqraf.com xəbər verir ki, Quzeydoğu Anadolu İnkişaf Agentliyi (KUADAKA) nümayəndə heyətinin Araz Azad Ticarət Zonasına səfəri zamanı tərəflər arasında bu barədə razılıq əldə olunub.

Məlumata görə, azad ticarət zonasında hava limanı tikildikdən sonra Türkiyə şirkəti bu dəfə Culfa-Çeşmə Sürəyya-Türkiyə dəmiryolu xəttini çəkəcək. Layihə barədə Araz və Maku Azad Ticarət Zonaları və Yol Nəqliyyat Nazirliyi araşdırmalara başlayıb.

Türkiyədən bölgəyə səfər edən nümayəndə heyəti ikitərəfli münasibətləri inkişaf etdirmək üçün bütün imkanlardan istifadə edilməsinin zəruri olduğunu deyib.

Türkiyə tərəfi qeyd olunan layihələrdən başqa mədən və səhiyyə sahələrində də sərmayə yatırmağa hazır olduğunu bildirib, təklif azad ticarət zonasının məsul şəxsləri tərəfindən müsbət qarşılanıb.

Qeyd edək ki, Türkiyə ilə yanaşı Azərbaycan Respublikası da Araz Azad Ticarət Zonasında fəal ölkə sayılır. Azərbaycan Respublikasının bölgəyə böyük həcmdə yatırım qoyacağı gözlənilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər