3 Sentyabr 2018 01:34
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Rusiyaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Paşinyan facebook səhifəsində bildirib.

Qeyd edib ki, səfərdə məqsəd Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşərək ikitərəfli münasibətləri bir daha müzakirə etməkdir.

Gerçəkləşərsə bu, Paşinyanın Rusiyaya üçüncü səfəri olacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri Ermənistanda birmənalı qarşılanmayıb. Erməni mətbuatı Paşinyanın Qərbyönümlü siyasətinə cavab olaraq Rusiyanın yaxın müddətdə Ermənistanı hansısa formada cəzalandıracağını diqqətə çatdırıblar. Belə bir məqamda Paşinyanın Rusiyaya səfərinin gözlənilən zərbəni zərərsizləşdirmək məqsədi daşıdığı bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər