Şanlıurfanın qarşısında yerləşən və PYD terror təşkilatının nəzarətində olan Təl Abyaddan Türkiyəyə hücum edilib.
Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri qarşı tərəfi cavab atəşi ilə susdurub.
Xəbərə görə, Türkiyənin Akçakala bölgəsində xidmət edən hərbçilər dərhal PYD-nin hücumuna reaksiya veriblər. Türkiyə ordusunun cavab tədbirlərindən sonra sərhəddə asayiş bərpa olunub.
Lakin sərhəddəki hərbi hissələr döyüş hazırlığı vəziyyətindədir.