Hindistanda leptopspiroz, yəni “sıçovul qızdırması” infeksion xəstəliyi yenidən baş qaldırıb. Bununla əlaqədar artıq Rusiya Hindistana səfər etmək istəyən vətəndaşlarına xəbərdarlıq edib.
Bəs qonşu Rusiya xəbərdarlıq edirsə, bu, təhlükənin Azərbaycana da yaxınlaşmasına işarədirmi?
Teleqraf.com-a açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib ki, hazırda ölkədə resperator virus infeksiyalarına görə vəziyyət tam sabitdir: “Xəstəliyin mövsümi artımı müşahidə olunmur. Hər hansı xəstəliyin Azərbaycana gəlmə qorxusu hələ ki yoxdur. Epidemiolji nəzarət zamanı ilboyu fəsildən asılı olamayaraq, həftəlik və aylıq məlumatlar toplanıb təhlil edilir. Rəqəmlər mövsümə müvafiqdir, heç bir artım yoxdur”.
Qeyd edək ki, “sıçovul qızdırması” (leptospriosis) sıçanlarla, ya da heyvan mayeləri ilə bulaşır. Bakteriyalar bədənə dəridəki kəsiklərdən və ya gözdən, burundan da girə bilər. Xəstəliyin qızdırma, bulantı, əzələ ağrısı, qusma və ishal kimi əlamətləri var.
Məlumata görə, 1 avqust-3 sentyabr tarixləri arasında leptospirozdan təxminən 40 nəfər ölüb, daha 200 nəfər xəstəxanaya yerləşdirilib.