19 Sentyabr 2018 15:13
1 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Suriya sahillərində Rusiya təyyarəsinin vurulması ilə bağlı açıqlama verib.

Teleqraf.com “Royter” agentliyinə istinadla xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Polşa prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında danışıb:

“Mənə elə gəlir ki, bir çox faktları nəzərə alsaq, Rusiya təyyarəsini Suriya tərəfi qəsdən vurub. Mən başa düşürəm, 14 nəfər insan həlak olub və bu, ağrılı hadisədir. Ancaq biz Suriyada böyük işlər görmüşük. Regionun İŞİD-dən təmizlənməsinə az qalıb və biz bu işi tezliklə başa çatdıracağıq”.

ABŞ prezidenti onu da əlavə edib ki, Pentaqon tezliklə müttəfiqləri ilə birlikdə İŞİD liderini ələ keçirəcək.


Müəllif: Mirvari Əzizova