21 Sentyabr 2018 14:12
2 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Rusiyanın Suriyadakı “İL-20” qırıcısının vurulması ilə bağlı ittihamlarını anlayışla qarşılayır.

Teleqraf.com xəbər verir ki, bunu İsrailin Müdafiə naziri Aviqdor Liberman deyib.

Onun sözlərinə görə, qırıcının vurulmasının məsuliyyəti Suriya ordusunun üzərindədir: “Bu, faciəvi hadisədir. Məsuliyyəti Bəşər Əsəd ordusu daşıyır”.

Aviqdor Liberman İsrailin başqa alternativinin qalmadığını, İran və “Hizbullah”ın Suriyadakı mövqelərinə qarşı hərbi əməliyyatları davam etdirməyə məcbur olduğunu bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya Silahlı Qüvvələrinin “İL-20” qırıcı təyyarəsi Suriyanın Aralıq dənizi sahillərində vurulub.

Baş verən hadisəyə görə, İsrail ittiham edilir.


Müəllif: Mənsur Rəğbətoğlu