22 Sentyabr 2018 23:14
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Texas ştatında həbsxanaya bağışlanmış banan qutularının içərisində dəyəri 18 milyon dollar olan kokain aşkar edilib.

Teleqraf.com xəbər verir ki, həbsxanaya bağışlanmış banan qutuları onları limandan gətirməyə gedən cəzaçəkmə müəssisəsinin əməkdaşlarının diqqətini cəlb edib.

Qutuların daşınması zaman bir qutunun digər banan qutuları ilə müqayisədə ağır olduğu nəzərə çarpıb.

Qutulara baxış keçirilib və 540 ədəd kokain paketi aşkarlanıb.

Texas polisi faktla bağlı cinayət işi açıb, araşdırmalara başlanılıb.


Müəllif: Cavad