23 Sentyabr 2018 17:55
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın dəstəklədiyi Körfəz ölkələri Əhvazdakı hücumun məsuliyyətini üzərinə götürən Əhvaz Ərəb Demokratik Hərəkatına maliyyə və hərbi yardım göstərib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani BMT-nin iclasına qatılmazdan öncə verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, ABŞ Körfəz ölkələrini bu aktı həyata keçirmək üçün resurslarla təmin edir: “İran bu cinayətlərə qanun və milli maraqlar çərçivəsində cavab verəcək. Vaşinqton gücə sahib olanın dünyada cəzasız qalaraq hərəkət edə biləcəyinə inanır. ABŞ İranda qeyri-sabitlik mühiti yaratmaq istəsə də, buna nail ola bilməyəcək. İran sanksiyaların öhdəsindən gəlməyə çalışacaq və ABŞ təcavüzkarlığına görə peşman olacaq”.

Qeyd edək ki, İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı terror aktı törədilib. Terrorun məsuliyyətini “Əl-Əhvaziyyə” adlı qruplaşmanın üzərinə götürdüyü barədə məlumat yayılıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər