Əlcəzair hökuməti Fransanın 132 illik müstəmləkə cinayətlərinin statistikasını çıxaracaq.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Əlcəzairin Mücahidlər naziri Əl-Təyyub Zeytuni açıqlama verib.
Onun sözlərinə görə, 1830-1962-ci illər ərzində baş vermiş qanunsuz əməllər və cinayətlər hesablanacaq.
“Fransadan danışmaq – kəsilən başlardan dağlar, qanlardan dənizlər və okeanlar barədə danışmaq deməkdir” – deyə nazir vurğulayıb.
Qeyd edək ki, Əlcəzairli rəsmilər statistika açıqlandıqdan sonra rəsmi Parisin hər il müəyyən məbləğdə təzminat ödəməsini tələb edəcəklər.