27 Sentyabr 2018 21:29
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela prezidenti Maduro BMT-də çıxışı zamanı bir sıra məsələlərə toxunub.

Teleqraf.com xəbər verir ki, o, avqust ayında özünə və ətrafındakılara qarşı təşkil olunmuş sui-qəsdin BMT tərəfindən araşdırılmasını tələb edib:

“Bizim araşdırmalarımız göstərir ki, bu hücumun bütün detalları və maliyyələşdirilməsi ABŞ-dan olub. Sui-qəsdçilər ABŞ-ın dəstəyi ilə Kolumbiyada illərdir təlim keçirlər. Onlar bunu etiraf ediblər. BMT-dən özəl bir komissiya formalaşdırılması və sui-qəsdin detallarının araşdırılmasını tələb edirəm”

Prezident Maduro həmçinin Donald Trampla görüşməyə hazır olduğunu vurğulayıb.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər