Kabil yaxınlığındakı Pərvan vilayətində Əfqanıstan xüsusi təyinatlılarını daşıyan helikopter qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, Pərvan vilayətinin rəhbəri Vahidə Şahkar qəzanın Mandi Kul kəndi yaxınlığında baş verdiyini deyib.
Helikopterdəki 8 hərbçinin taleyindən xəbər yoxdur.
Əfqanıstan rəsmiləri helikopterin texniki qəza səbəbindən yerə düşdüyünü bildirib. "Taliban" isə bəyan edib ki, helikopter onun tərəfindən vurulub.