ABŞ-ın elektrik avtomobil şirkəti “Tesla”nın qurucusu Elon Mask istefa verəcək.
Teleqraf.com xəbər verir ki, barəsində vergidən yayınma iddiası ilə istintaq başlanan Mask idarə heyəti sədrliyindən istefa verəcək və 40 milyon dollar cərimə ödəyəcək.
ABŞ-ın Qiymətli Kağızlar və Hesablar Komissiyasından verilən açıqlamaya görə o, 45 gün ərzində istefa verməlidir və 3 il ərzində şirkətin idarə heyətinin rəhbəri vəzifəsini icra edə bilməz.
Buna baxmayaraq, Elon Mask şirkətin baş direktoru olmaqda davam edəcək.