Türkiyədə hər kəsi şoka salan qəribə hadisə baş verib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adana şəhərində 6 aylıq hamilə olan 24 yaşlı H.T. həyat yoldaşının onu aldatdığını öyrənib.
Belə ki, ər evlənərkən öz əsl adını, evli və 5 uşaq atası olduğunu gizlədib. Özünü İsmail Taş kimi təqdim edib N.T ilə evlənun həmin şəxsin saxtakarlığı üzə çıxarkən bəlli olub ki, o, 10 il əvvəl başqa qadınla ailə qurub. Özünü H.T-ya subay kişi kimi təqdm edən, 5 uşaq atası olan 27 yaşlı şəxsin əsl adı Ahmet Çiftçi imiş. Həqiqəti öyrənən gənc qadın evi tərk edib və şəhər hüquq-mühafizə orqanına müraciət edib.
Polis qısa müddətdə Ahmet Çiftçi və onun dostu olan İsmail Taşı həbs edib. Zərərçəkmiş qismində polisə ifadə verən gənc qadın həyat yoldaşına güvənini itirdiyini deyib: "Mənə aşiq olduğunu deyərək evlilik təklifi edi. Mənim də ona qarşı duyğularım var idi və təklifini qəbul etdim. Düzdür, mənə aşiq olduğuna görə saxtakarlığa əl atıb, amma artıq ona inanmıram".
Aysu Ağayeva