Polşanın baş naziri Mateuş Moravetskiy atasının Rusiya ilə bağlı fikirlərini təkzib edib.
Teleqraf.com xəbər verir ki, o, atasının Rusiya ilə bağlı fikirlərini həddindən artıq pozitiv qiymətləndirib.
Qeyd edək ki, baş nazirin atası Polşa seyminin deputatı Kornel Moravetskiy bir müddət öncə Rusiya ilə münasibətlərinin normallaşdırılmasının vacibliyi barədə parlamentdə nitq söyləyib.
Bununla bağlı açıqlama verən baş nazir “mən atamı çox sevirəm, lakin onun Rusiya ilə bağlı fikirləri tamamilə yanlışdır” deyə əlavə edib.
Onun fikrincə, Rusiya Polşa üçün ən böyük təhlükə mənbəyidir.