13 Oktyabr 2018 21:33
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağda yaşayan ermənilər yeni bir soyqırım təhlükəsi ilə üz-üzə qalıb.

Teleqraf.com xəbər verir ki, qondarma erməni soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməməsinə etiraz edən Ermənistanın Baş naziri Nikol Paşinyan belə deyib.

O, Türkiyənin hələ də öz sərhədlərini açmamasının Ermənistanı təhdid etdiyini bildirib.

Paşinyan çıxışının davamında erməni xislətinə bürünərək, növbəti dəfə öz həyasızlığını nümayiş etdirib və Azərbaycanın işğal edilmiş ərazilərindəki separatçılara dəstək istəyib:

“Əslində dünya Qarabağ məsələsinin əsl mahiyyətini bilməlidir. Təəssüf ki, bunu hələ də regional münaqişə kimi qəbul edirlər. Bu, belə deyil. Problem budur ki, Qarabağda yaşayan ermənilər yeni soyqırımla üz-üzə qalıblar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər