ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton həyat yoldaşı Bill Klintonun katibəsi Monika Levinski ilə seks biabırçılığından sonra istefa verməkdən imtina etməsinin doğru qərar olduğunu deyib.
Teleqraf.com xəbər verir ki, o bu barədə ABŞ-ın CBS telekanalına müsahibəsində bildirib.
Klinton müsahibəsində keçmiş prezident Bill Klintonun Levinski ilə sevgili olmasının hakimiyyətdən sui-istifadə olmadığını da iddia edib.
Onun sözlərinə görə, Monika Bill Klintonla məşuqə olarkən yetkin qız olub.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Bill Klinton 1990-cı illərdə hakimiyyətdə olarkən katibəsi Monika Levinski ilə Ağ Evdə (Oval ofis) cinsi əlaqəyə girməkdə ittiham edilmişdi.
Bu barədə ittiham Levinskinin özü tərəfindən irəli sürülmüşdü. Monika Klintonun onu cinsi əlaqəyə məcbur etdiyini demişdi.