Avropa İttifaqının rəhbərləri oktyabrın 17-də "Brexit" sammitini müzakirə etmək üçün bir araya gələcək.
Teleqraf.com "RİA Novosti"yə istinadla xəbər verir ki, qurumun 27 üzv ölkəsinin dövlət və hökumət başçıları şam yeməyində gələn ay nəzərdə tutulan "Brexit" məsələsi ilə bağlı fövqəladə zirvə görüş ətrafında fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, daha öncə Avropa Birliyi ölkələrinin liderlərinin sammitinə qədər "Brexit" barədə əlavə danışıqlar planlaşdırılmamışdı.