19 Oktyabr 2018 08:19
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron İstanbuldakı baş konsulluqda yoxa çıxan jurnalist Camal Qaşıqçı olaylarına görə Səudiyyə Ərəbistanına olan səfərini təxirə salıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, prezident müxalif ərəb jurnalistlə bağlı istintaqın yekunlaşmasını gözlədiklərini deyib.

Onun sözlərinə görə, aparılan istintaq başa çatmayan qədər Səudiyyə Ərəbistana planlaşdırılan siyasi səfərlər təxirə düşəcək.

Fransa prezidenti hadisə ilə bağlı bildiyi məqamların ciddi olduğunu və bundan narahatlıq keçirdiyini söyləyib.


Müəllif: Nərgiz