Hindistanın Amritsar şəhəri yaxınlığında qatar insan kütləsinin üzərinə hərəkət edib.
Teleqraf.com "RİA Novosti"yə istinadla xəbər verir ki, 50 nəfər ölüb, çox sayda yaralı var. Ölənlərin sayının artacağı istisna edilmir.
Yerli əhalinin Hindistanın məşhur bayramı olan Daşahra bayramını qeyd etdiyi bildirilir. Bayram nünasibətilə dəmir yollarının yaxınlığında müqəvva yandırılıb və insanların bir çoxu da dəmir yolunun üzərində dayanıbmış.