Moldovanın paytaxtı Kişineu meriyasında aparılan axtarışlardan sonra bəzi məmurlar saxlanılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, saxlanılanlardan biri barəsində 20 sutkalıq həbs qətimkan tədbiri seçilib. Digər üç məmur haqqında isə ev dustaqlığı barədə hökm çıxarılıb.
İki məmur qanunsuz tikililərin sənədləşdirildiyini etiraf edib. Korrupsiya faktına görə artıq 6 nəfər saxlanılıb, 25 nəfər isə şübhəli şəxs kimi nəzarətə götürülüb.