Rusiyanın Vaşinqtondakı səfirliyində şübhəli bağlama aşkar edilib.
Teleqraf.com "RİA-Novosti"yə istinadla xəbər verir ki, bu barədə Vaşinqton polisinin mətbuat xidmətindən məlumat verilib.
Onun sözlərinə görə, polis dərhal əraziyə cəlb olunub. Aparılan yoxlamadan sonra heç bir təhlükənin olmadığı aşkar edilib.
Diplomatik missiya hadisə ilə bağlı jurnalistlərə şərh verməyib.