İrəvanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşüblər.
Teleqraf.com xəbər verir ki, görüşdə Paşinyan ATƏT-in Minsk qrupunun beynəlxalq ictimaiyyətin mandatına malik yeganə format kimi vacibliyini vurğulayıb.
Tərəflər Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevin Nikol Paşinyanla görüşü və orada əldə olunan razılaşmalara dair fikir mübadiləsi aparıblar.