Kolumbiyada 5 aylıq körpə satanist (şeytan -red) ayinində qurban verilib.
"Report"un məlumatına görə, bu barədə "Notimerica" yazıb.
Məlumata görə, hadisə Antiokiya departamentində baş verib. Bildirilir ki, ana səhər yuxudan oyandıqda körpəni evdə tapmayıb.
Yerli sakinlər sonradan ölü vəziyyətdə tapılan körpənin satanist ayininin qurbanı olduğunun düşünürlər.
Yerli hakimiyyət orqanları da bildiriblər ki, qonşular körpənin Hellouin ərəfəsində keçirilən ayinin dəhşətli qurbanı olduğunu düşünürlər.
Körpənin meyiti ekspertizaya verilib. Onun anası ilə də bağlı məhkəmə ekspertizası keçiriləcək. Polis körpənin oğurlanması zamanı qadının alkoqol və ya narkotik vasitənin təsiri altında olub-olmamasını araşdırmaq istəyir.