2 Noyabr 2018 17:11
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistandan olan baş katibi, general Yuri Xaçaturov istefaya göndərilib.

Teleqraf.com xəbər verir ki, bu barədə baş katibin müavini Valeri Semernikov açıqlama verib.

Qeyd edək ki, Yuri Xaçaturov 2008-ci il martın 1-də İrəvanda keçirilmiş aksiyada dinc insanlara odlu silahdan atəş açmaq əmri verməkdə ittiham edilir. O bu ittiham əsasında bu ilin iyulunda həbs edilsə də, Apelyasiya Məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.

Baş katibin adının cinayətdə hallanmasına görə KTMT üzvləri iyulun 27-dən etibarən baş katibin dəyişdirilməsi işinə başlamışdılar.


Müəllif: Mənsur Rəğbətoğlu