Güney Azərbaycanın Təbriz şəhərində fəaliyyət göstərən Füzuli Məclisi öz fəaliyyətini dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Güney Azərbaycan olan şair, füzulişünas Fərman Fərzi açıqlama verib.
O, Füzuli Mədəniyyət Mərkəzini təsis etmək təşəbbüsündən əl çəkdiyini bildirib.
Fərman Fərzi buna görə Təbriz Bələdiyyə İdarəsini etinasızlıqda ittiham edib:
“1 ildir Məhəmməd Füzuli adına mədəniyyət müəssisəsini qeydiyyata aldırmağa çalışıram. Artıq bu gün yorğunluq və ümidsizlikdən bütün sənədləri zibil qabına atdım. Bir il əziyyətdən sonra əliboş evə qayıtdım”.
Qeyd edək ki, Füzuli Məclisi Təbrizdə hər həftə azərbaycanlı yazıçı, şair və mədəni fəalların iştirakı ilə keçirilirdi. Lakin İranın hüquqmühafizə orqanları müxtəlif bəhanələrlə ədəbi məclislərin keçirilməsinə bir neçə dəfə maneçilik yaradıb.