ABŞ Prezidenti Con Kennediyə sui-qəsd təşkil etməkdə təqsirləndirilən Li Harvey Osvaldın kimliyi hər zaman ictimaiyyət üçün maraqlı olub. O, kim idi və niyə prezidenti öldürmək istəyib, sualları bu gün də çoxlarını düşündürür.
Teleqraf.com prezidentin qatilinin dosyesini təqdim edir.
Li Harvey Osvald 1939-cu ildə ABŞ-ın Yeni Orlean şəhərində doğulub. 1956-1959-cu illərdə ABŞ ordusunun dəniz piyadası qoşunlarında xidmət edib. Bu dövrdə sosializm ideologiyasından təsirlənən Osvald siyasi baxışlarını dəyişib. Zamanını rus dilini öyrənməyə ayırıb və ordu sıralarını tərk edib.
Sonradan Li Harvey Osvald Sovetlər Birliyindən sığınacaq istəyib. ABŞ ordu zabiti olduğu halda Sovetlər Birliyi üçün işləməyə başlayıb.
İllər keçdikdən sonra Osvald yenidən Amerikaya qayıdıb və Kaliforniya ştatında yerləşib.
Bu dövrdə Osvald Amerikanın Kuba siyasətini ciddi tənqid edib, küçələrdə ABŞ əleyhinə broşürlər yayıb. Buna görə hətta bir çox insanla əlbəyaxa olub.
1962-ci ildə Li Harvey Osvald ABŞ Müdafiə Nazirliyində işə düzəlib, amma KQB casusu olduğu haqda iddialar üzündən işdən çıxarılıb.
Li Harvey Osvald daim Kuba siyasətinə görə tənqid etdiyi ABŞ-ın 35-ci prezidenti Con Kennediyə 1963-cü ilin 22 noyabrında edilən sui-qəsddən sonra əsas şübhəli kimi həbs olunub.
Hadisədən iki gün sonra Cak Ruby adlı Polşa əsilli yəhudi yüzlərlə polisin arasında olan Li Harvey Osvaldı güllələyib.
Cak Ruby adlı şəxsin yüzlərlə polis və FTB əməkdaşları arasında sivrilərək bir güllə ilə Osvaldı öldürməsi çoxlu suallar doğurub.
Con Kennedinin qətlində 3 dəfə atəş açılsa da, kameralarda iki güllənin görüntüləri göstərilib. Bununla belə Kennedinin bədənində 8 yara izi aşkarlanıb.
Yeri gəlmişkən, Varren, Rokfeller və yəhudi əsilli Franl Churicdən formalaşan komissiya Osvaldın bu sui-qəsdi təkbaşına etdiyi haqda mövqe ifadə edib.
Bəzi mütəxəssislər hesab edirlər ki, keçmiş hərbiçi olan Osvaldın sui-qəsd üçün seçdiyi köhnə silah belə bir cinayəti törətmək üçün yararsız olub.