Rusiya və Çin nüvə enerjisi sahəsindəki işbirliyini genişləndirmək barədə razılıq əldə edib. Çin Milli Nüvə Şirkəti ilə Rusiya Dövlət Nüvə Enerjisi Təşkilatı (Rosatom) sürətli neytron reaktoru “CFR-600”ün Çində tikintisi ilə yanaşı, “Tianvan” stansiyasının 7 və 8-ci reaktorlarının da qurulmasının da arasında olduğu 4 ayrı işbirliyi anlaşması imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə anlaşma Şanxayda Çin və Rusiya hökumətləri arasında keçirilmiş görüşdə əldə edilib.
Yeni anlaşmaya görə, 2026-cı ildə “Tainvan” stansiyasının 7-ci, 2027-ci ildə isə 8-ci reaktoru Çinin istifadəsinə veriləcək.
Sürətli neytron reaktorlarının Çinin nüvə enerjisi sahəsinin inkişafına təkan verəcəyi proqnozlaşdırılır.
Mütəxəssislərə görə, sürətli neytron reaktorlarının tikintisi texnologiyasında dünyada ilk sırada yer alan Rusiya sürətli reaktor proyektlərinin təhlükəsizliyini məsələsində təcrübəsi olan yeganə ölkədir.