ABŞ Türkiyənin Hakkari bölgəsində yerləşən silah anbarında baş verən partlayışla bağlı bəyanat yayıb.
Teleqraf.com "Hürriyət"ə istinadla xəbər verir ki, ABŞ-ın Ankaradakı səfirliyi 7 əsgərin şəhid olduğu, 25 hərbçinin yaralandığı hadisə ilə əlaqədar başsağlığı ünvanlayıb.
"Hakkaridə silah anbarında baş verən kədərli hadisə zamanı həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananlara şəfa diləyirik. ABŞ olaraq yanınızdayıq", - deyə bəyanatda vurğulanır.