ABŞ-ın Kaliforniya ştatının şimalında baş verən meşə yanğınları zamanı ölən daha 14 nəfərin şəxsiyyəti müəyyən edilib. Bununla da yanğınlar zamanı ölənlərin sayı 23 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, Kaliforniyanın Paradise qəsəbəsi və civarında olan 7 min ev yanaraq külə dönüb.
Çərşənbə günü baş verən yanğın əyalət tarixində ən dəhşətli və ən çox ölüm hadisəsinin baş verdiyi üçüncü yanğındır.
Qeyd edilir ki, Los-Angelsin Malibu şəhərində yanğınlar səbəbindən 300 min insan təxliyə edilib. Bu ştatda yanğın səbəbindən 2 nəfər ölüb.