İranda qətldə ittiham olunaraq ölümə məhkum edilmiş 1 nəfər edam olunub.
Teleqraf.com xəbər verir ki, edam bir həftə əvvəl icra olunsa da, bu barədə mətbuata xəbər gec verilib.
5 il əvvəl naməlum səbəbdən qətl törətdiyinə görə həbsdə saxlanılan İraq vətəndaşı Suran Rəşid Zahidi noyabrın 6-da Zəncan şəhərinin mərkəzi həbsxanasında dara çəkilib.
Edam edilən şəxsin məhkəmə prosesi barədə məlumat verilməyib.