Bu gün Kanadanın Halifaks şəhərində NATO Parlament Assambleyasının payız sessiyası işə başlayacaq.
Teleqraf.com xəbər verir ki, sessiyada Azərbaycan Milli Məclisini deputatı Məlahət İbrahimqızı təmsil edəcək.
Sessiyanın komitə iclaslarında Qara dəniz bölgəsində demokratiya və insan hüquqlarının təşviqi, Rusiyanın hibrid təhdidlərinə qarşı tədbirlər, NATO-nun yürütdüyü Şərqdə qarşıalma siyasətinin gücləndirilməsi, kosmik sənayenin gələcəyi, Mərkəzi və Şərqi Avropada enerji təhlükəsizliyi çağırışı, cənubda qeyri-sabitlik, qərbi Balkanlarda təhlükəsizlik, terroristlərin şifrəli mesajlaşma, qara veb və rəqəmsal valyutalardan istifadəsi və digər mövzularda müzakirələr aparılacaq.