İsrailin paytaxtı Təl-Əvivdə mitinq keçirən etirazçılar Qəzzadakı fələstinli qruplaşmalarla əldə edilən atəşkəs rejiminə etiraz olaraq, Baş Nazir Binyamin Netanyahunu istefaya çağırıblar.
Teleqraf.com xəbər verir ki, 400 nəfər etirazçı Təl-Əvivin mərkəzi yolunu bağlayaraq, Netanyahu hökumətinə qarşı etiraz aksiyasına başlayıb.
Nümayişçilər “Bibi (Netanyahu), evinə qayıt, sənə ehtiyacımız yoxdur!”, “Bibi, istefa ver. Cənub yanır!” kimi şüarlar səsləndiriblər.
İsrail hökumətini Cənubi Qəzzada yaşayan yəhudilərin təhlükəsizliyinin təmin edə bilməməkdə ittiham edən etirazçılar buna qarşı səssiz qalmayacaqlarını bildiriblər.
Qeyd edək ki, İsrail və Fələstinə bağlı qruplar arasında əldə edilən atəşkəs anlaşmasına etiraz edən Müdafiə naziri Aviqdor Liberman istefaya gedib.
Netanyahu isə Libermanın bu addımını ölkənin təhlükəsizliyi üçün təhdid olduğunu demişdi.