Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç təcili şəkildə xəstəxanaya aparılıb.
Teleqraf.com xəbər verir ki, o, Moskvadakı Sklifosovski adına Təcili Tibbi Yardım İnstitutuna yerləşdirilib.
Keçmiş prezident xəstəxanaya noyabrın 16-da yerləşdirilib, ancaq xəbər bu gün yayılıb.
Məlumata görə, V.Yanukoviç tennis oynayarkən dizindən zədə alıb. O, ilkin tibbi yardımdan sonra evə buraxılıb.