Qumlu fırtına 500 kilometrdən çox ərazini əhatə edərək Avstraliyanın Yeni Cənubi Uels ştatını tamamilə örtüb.
Teleqraf.com CNN telekanalına istinadla xəbər verir ki, Sidney hökuməti tufan xəbərdarlığı edərək uşaqlara və qocalara, eləcə də respirator xəstəliklərindən əziyyət çəkənlərə küçəyə çıxmamağı tövsiyə edib.
Avstraliya meteorologiya bürosu ölkədə ən güclü quraqlıq dövrü olduğunu açıqlayıb. Bəzi regionlarda son aylarda su çatışmazlığı səbəbindən fermerlərin əkin sahələrinin tələf olduğu bildirilir.
Qeyd edək ki, Avstraliyada cari ilin avqustu son 100 ildə ən quraq ay olub.