İlk xəbər saat 22:13-də yayılıb
İranda 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 513 nəfərə çatıb.
İranın Kermanşah əyalətində 20-dən artıq təkrar təkanlar qeydə alınıb. Bu gün əyalətdə məktəblər və universitetlər fəaliyyət göstərməyəcək.
Bunda əlavə, İraq Kürdüstanı ərazisində 1 nəfər həlak olub, 43 nəfər isə yaralanıb.
XXX
01:50
İranda 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 411 nəfərə çatıb.
Bu barədə Kermanşah əyalətinin qubernatoru Huşanq Bazvand bildirib.
H.Bazvand deyib: "Zəlzələ nəticəsində 411 nəfər xəsarət alıb, onlardan 80 faizinə tibbi yardım göstərilib. Ölənlər haqqında məlumat daxil olmayıb".
XXX
00:40
İranda 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 361 nəfərə çatıb.
Bu barədə İranın "Fars" agentliyinə təcili yardım xidmətinin rəhbəri Pir Hoseyn Kulivan bildirib.
Onun sözlərinə görə, xəsarət alanlardan yalnız 8-i xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində tibbi yardım göstərilib.
XXX
00:33
İranda 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 350 nəfərə çatıb.
Bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb.
XXX
00:20
İranda 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 260 nəfərə çatıb.
Bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.
XXX
00:03
İranda 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində 210 nəfər xəsarət alıb.
Bu barədə Kermanşah əyalətinin qubernatoru Huşanq Bazvand bildirib.
Qubernator deyib: "Hazırda 3 şəhər üzrə (Gilənqarb, Kasr-e Şirin və Sere-Pole-Zohab) təxminən 210 yaralımız var. Ölənlər barədə məlumat daxil olmayıb".
XXX
22:13
İran-İraq sərhədində 6,3 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, yeraltı təkanların episentri İraqın Bağdad şəhərindən 150 kilometr şimal-şərqdə, İranın Sere-Pole-Zohab şəhərindən isə 37 kilometr aralıda yerləşib. Zəlzələnin ocağı 46 kilometr dərinlikdə yerləşib.
Məlumata əsasən, zəlzələ nəticəsində İranın Kermanşah əyalətində azı 210 nəfər xəsarət alıb.