Rusiya Prezidenti Vladimir Putin ictimaiyyət tərəfindən birmənalı qarşılanmayan qanun layihəsini Dövlət Dumasına təqdim edib.
Teleqraf.com xəbər verir ki, sözügedən qanun layihəsi zərər verən tərəfin zərərin ödənilməsi və üzr istəməsi ilə cinayət məsuliyyətinin ləğv edilə biləcəyini özündə ehtiva edir.
Layihə qüvvəyə minəcəyi halda, bu, sahibkarlara, təşkilatlara və ya dövlətə dəymiş zərərə də şamil ediləcək.
Rusiyalı ekspertlər isə iddia edirlər ki, bu sahibkarlıq sahəsindəki fırıldaqçılığa, müəlliflik hüquqlarının pozulmasına, mənimsəmə və digər mənfi hallara yol açacaq.
Dövlət başçısı isə bununla Rusiyada biznesin inkişafına təkan verəcəyini düşünür.