İran İslam Respublikasının dini lideri Ayətullah Xamenei ölkəsinin hərbi potensialını artırmaq və düşmənlərdən müdafiə etmək üçün hazır olmalarının vacibliyini vurğulayıb.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Əli Xamenei açıqlamasında deyib:
“Potensialınızı və sürətinizi mümkün qədər artırın. Beləliklə, İranın düşmənləri, bu böyük insanları təhdid etməyə cəsarət edə bilməyəcəklər”.
O əlavə edib ki, İran İslam Respublikası heç kimə müharibə elan etməyib.