29 Noyabr 2018 14:04
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının (ADA) yaradılmasının 20 illiyinə həsr olunan təntənəli yubiley gecəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə Fransa Parlamentinin üzvləri, ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri, assosiasiyanın üzvləri və digər qonaqlar iştirak edib.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel assosiasiyanın gördüyü işlər və gələcək fəaliyyəti barədə mərasim iştirakçılarına məlumat verib.

O bidirib ki, assosiasiyanın əsas məqsədi Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini təbliğ etməkdir. Fransanın müxtəlif şəhərlərində il ərzində həyata keçirilən bir sıra maraqlı və uğurlu layihələr Azərbaycana olan marağı daha da artırır, Fransada tanınmasına köməklik edir.

Azərbaycanın Dostları Assosiasiyasının yaradıcısı, Fransanın Azərbaycandakı ilk səfiri Jan Perren 20 il budan öncə assosiasiyanın yaradılmasından söhbət açıb.

Səfir bildirib ki, o dönəmdə Azərbaycanın Fransada kifayət qədər tanınmaması, iki ölkə arasında olan münasibətlər, həmçinin Fransadakı erməni diasporunun yaratdığı maneələr assosiasiyanın fəaliyyətinin çətinləşməsinə səbəb olurdu.

O, hazırda Fransada Azərbaycanın dostlarının çoxalmasında, iki ölkə arasında münasibətlərin lazımi səviyyədə inkişaf etməsində və Azərbaycanın artıq Fransada tanınmasında assosiasiyanın özünəməxsus rolu olduğunu qeyd edib.

Yubiley gecəsi Azərbaycan milli musiqisindən ibarət konsertlə davam edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər