Ermənistan Baş prokuroru Artur Davtyan sabiq prezident Robert Köçəryanın həbsini tələb edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Köçəryanın vəkili Ruben Saakyan jurnalistlərə açıqlamasında bildirib.
Vəkil baş prokurorun sabiq prezidentin cinayət işi üzrə keçirilən növbəti məhkəmə prosesində iştirak etdiyini bildirib.
Qeyd edək ki, Rober Köçəryan 2008-ci il martın 1-də İrəvanda keçirilmiş dinc aksiyalarda iştirak edənlərə odlu silahlardan atəş açmaq əmri verməkdə ittiham edilir.
O, müvafiq ittiham əsasında məhkəməyə verilib.