Keçmiş adı Ən-Nüsra olan Həyat Təhrir əl-Şam terror təşkilatı İdlibə kimyəvi silahlarla hücuma hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu məlumat Rusiyanın Suriyada atəşkəs rejimini izləmə missiyasının hesabatında yer alıb.
Hesabata görə, Həyat Təhrir əl-Şam terrorçuları zəhərli maddələrin də istifadə ediləcəyi təxribat planı hazırlayıb.
Militanların Cisr əl-Şükür, Kafər Zayta və Şərkab kəndlərinə 60 qutu kimyəvi maddə gətirdikləri iddia edilən açıqlamada maddələrin bölgəyə çatdırılmasında Avropadan gəlmiş mütəxəssislərin əsas rol oynadığı bildirilib.
Hesabatda vurğulanır ki, planlaşdırılan kimyəvi təxribatın hədəfində Hama bölgəsində xristianların kompakt yaşadığı Maharda şəhəri və İdlibin Əbu əl-Dühur yaşayış məntəqəsi var.