3 Dekabr 2018 07:54
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər Nazirliyi Fransaya səyahət etməyi nəzərdə tutan və ya səyahət edəcək vətəndaşlarına xəbərdarlıq edib.

Teleqraf.com-un məlumatına görə, xəbərdarlıqda Paris olmaqla digər şəhərlərdə təşkil edilən etiraz aksiyalarından uzaq olmaq, şəhərdaxili və şəhərlərarası yollarda ehtiyatlı olmaları tövsiyə edilib.

Xatırladaq ki, noyabrın 17-dən Fransada benzinin bahalaşması əleyhinə kütləvi etiraz aksiyaları keçirilir. “Sarı jiletlilər” adı altında keçirilən mitinqlərdə bugünə qədər2 nəfər ölüb, 150-si polis olmaqla 850-dən çox insan xəsarət alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər