4 Dekabr 2018 13:26
2 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün əlsiz və ayaqsız dünyaya gələn Nik Vuyçiçin doğum günüdür.

Teleqraf.com xəbər verir ki, onun 36 yaşı tamam olur.

Nik təkcə öz həyatını tam mənası ilə yaşamır, həm də digərlərini motivasiya edir.

O, nadir irsi xəstəliklə – tetraameliya ilə dünyaya gəlib.

Nik budlarını özünün yeganə “əl-ayağı” adlandırır. Onların köməyi ilə Nik gəzməyi, üzməyi, yazmağı və hətta skeyt sürməyi öyrənib.

Vuyçiç adi orta məktəb bitirib və iki ali təhsil alıb: mühasibat uçotu və maliyyə planlaşdırması.

17 yaşında olarkən Nik peşəkar natiq olmaq qərarına gəlir. O, kilsələrdə, həbsxanalarda, məktəblərdə və uşaq evlərində çıxışlar etməyə başlayır.

Nik 10 il ərzində çıxışları ilə bütün dünyanı gəzib dolaşmağa müvəffəq olur. Qısametrajlı filmdə çəkilir, mahnılar bəstələyir, teleşoularda iştirak edir və kitab yazır. Skaydayvinq, serfinq, və qolf – Vuçiç məhdudiyyət tanımır və bunu digərlərinə də öyrədir.

Bir dəfə Nik qucaqlaşma marafonu təşkil edir – eyni gündə 1749 nəfərlə qucaqlaşır. Quçaqlaşma ilə bağlı belə deyir:

“Mənim əllərim yoxdur və nə vaxt qucaqlayırsansa, sən düz ürəyimə sıxılırsan. Bu, ecazkardır”.

İki oğlu və iki əkiz qız atası olan Vuyçiçin ən məşhur sözlərindən biri də budur:

“Mən möcüzəyə inanıram, ona görə də şkafımda hər zaman bir cüt çəkmə var”.

Qeyd edək ki, milliyyətcə serb olan Nikolas Ceyms (Nik) Vuyçiç 4 dekabr 1982-ci ildə Avstraliyanın Melburn şəhərində dünyaya gəlib. Motivasiya natiqi, mesenat, yazıçı və müğənni N.Vuyçiç bütün dünyada məşhurdur.


Müəllif: Səxavət

Oxşar xəbərlər