26 Avqust 2014 11:37
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyi (ASİMDER) ilə Vyana Azərbaycan Mədəniyyət və İş adamları Dərnəyi arasında birgə fəaliyyət protokolu imzalanıb.

ASİMDER-dən verilən məlumata görə, protokolun imzalanmasında əsas məqsəd erməni lobbisinin yalanlarını ifşa etmək və Dağlıq Qarabağın erməni silahlı bölmələri tərəfindən işğal etməsini dünya ictimaiyyətinə çatdırmaqdır.

ASİMDER-in rəhbərri Göksəl Gülbəy Avropada erməni lobbisinin əsassız iddialarına qarşı daha çox işlər görərək 2015-ci ilə hazır olacaqlarını bildirib.

“Məqsədimiz qondarma erməni soyqırımı və Dağlıq Qarabağın işğalı ilə bağlı həqiqətləri işıq üzünə çıxarmaqdır”, deyə Gülbəy bildirib.

/anspress/


Müəllif:

Oxşar xəbərlər