6 Dekabr 2018 19:13
1 611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna parlamenti 1997-ci ildə Rusiya ilə imzalanmış “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”ni ləğv edib.

Teleqraf.com xəbər verir ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun parlamentə təqdim etdiyi layihəyə 331 deputatdan 277-si "hə" deyib. Müqavilə 2019-cu il aprelin 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, 1997-ci ildə imzalanan “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”də Ukrayna və Rusiya arasında qarşılıqlı hörmət, suveren bərabərlik, ərazi bütövlüyü, sərhədlərin pozulmazlığı, mübahisələrin sülh yolu ilə həlli, iqtisadi və digər növ təzyiq vasitələrindən istifadə də daxil olmaqla güc tətbiq etməmək və güclə hədələməmək prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin qurulması nəzərdə tutulurdu.


Müəllif: Teleqraf.com