Gələn il səlahiyyət müddəti başa çatacaq ABŞ Silahlı Qüvvələri Baş Qərargahının rəisi Jozef Danfordu bu postda Quru Qoşunlarının komandanı Mark Milley əvəz edə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Assoşieyted Press” agentliyi məlumat yayıb.
Agentlik Milleyin bu posta ABŞ Prezident Donald Tramp tərəfindən namizəd göstərildiyini qeyd edib. Prezidentin bu qərarı yaxın vaxtlarda açıqlayacağı gözlənilir.
Məsələyə münasibət bildirən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmisi Patrik Rayder Trampın qərarından xəbərsiz olduqlarını deyib və bunu “sürpriz” adlandırıb.
Milley Amerika ordusunda xarizmatik şəxs kimi və qadınların da döyüşlərə qatılmasına dəstək verməsi ilə tanınır.